www.science.az
30.03.2020 13:16

Rusiyada COVID-19-un müalicəsi üçün preparat hazırlanıb

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi koronavirusun müalicəsi üçün yeni preparat təqdim edib. Belə ki, agentliyin Elmi-İstehsalat Mərkəzi Çin və Fransa təcrübəsini nəzərə alaraq malyariyaya qarşı preparat olan “Mefloxin” əsasında koronavirus infeksiyasının müalicəsi sxemini hazırlayıb.

Agentliyin rəhbəri Veronika Skvortsova bildirib ki, metod COVID-19-a ağırlığın müxtəlif dərəcələri üzrə yoluxmuş pasiyentlərin effektiv müalicəsini təmin etmək üçün hazırlanıb.

poisknews.ru saytı xəbər verir ki, hazırda agentliyin mütəxəssisləri "Mefloxin" əsasında koronavirusa qarşı profilaktika sxemini hazırlayırlar. Yeni sxemin Rusiyanın Səhiyyə Nazirliyinin metodik tövsiyələrinə daxil ediləcəyi güman edilir.