www.science.az
30.03.2020 12:22

Alimlər Günəşin əks tərəfində partlayış aşkar ediblər

SOHO kosmik rəsədxanası Günəşin əks tərəfində baş vermiş partlayış qeydə alıb. NASA və Avropa Kosmik Agentliyi tərəfindən yayımlanan kadrlarda Günəşin şərq kənarı üzərindən uçan qırıntılar görülüb.

poisknews.ru saytının məlumatına görə, astofiziklər bu partlayışın səbəblərinin müəyyən olunması üzərində işləyirlər. Onun Günəş ləkələrinin formalaşması nəticəsində baş vermədiyi artıq məlumdur.