www.science.az
31.03.2020 12:11

Neft və Qaz İnstitutunda koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər görülüb

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq AMEA-nın Neft və Qaz İnstitutunda dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya zamanı yüksək keyfiyyətli dərman preparatlarından, o cümlədən xloramindən istifadə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.