www.science.az
21.10.2020 14:23

“Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları” adlı kitabça işıq üzü görüb

“Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları” adlı layihə çərçivəsində eyni adlı kitabça nəşr olunub. Layihənin rəhbəri və nəşrin elmi redaktoru AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovdur.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə elan etdiyi qrant müsabiqə çərçivəsində Sosial İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi tərəfindən icra olunub.

Kitabın yazılmasında iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov, Rəsmiyyə AbdullayevaMahir Zeynalov da iştirak ediblər.

Üç fəsildən ibarət olan kitabın birinci fəslində qeyri-formal məşğulluğu şərtləndirən iqtisadi və sosial amillər, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qeyri-formal məşğulluğun səviyyəsi haqqında ətraflı məlumat verilib. İkinci fəsildə Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə, qeyri-formal məşğulluğun azaldılmasının təşkilati-hüquqi mexanizmləri şərh olunub. Üçüncü fəsildə isə Azərbaycanda qeyri-formal məşğulluğun sosial fəsadları, onun sosial təminata təsiri geniş təhlil edilib.

Kitabça tədqiqaqtçılar, ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbə heyəti, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.