www.science.az
12.02.2021 16:57

Genetik Ehtiyatlar İnstitutu müsabiqə elan edir

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Molekulyar sitogenetika şöbəsinin müdiri, kiçik elmi işçisi, İmmunogenetika şöbəsinin müdiri, elmi işçisi, Rüşeym plazması laboratoriyasının aparıcı elmi işçisi, Tərəvəz və bostan bitkiləri şöbəsinin elmi işçisi, Texniki və yem bitkiləri şöbəsinin böyük elmi işçisi, Tovuz Elmi-Tədqiqat Bazasının böyük elmi işçisi və Virusologiya qrupunun elmi işçisi vəzifələrinin hər biri üzrə 1 yerdir.

Bundan əlavə, Dənli-taxıl və paxlalı bitkilər şöbəsinin böyük elmi işçisi (2), Meyvə bitkiləri şöbəsinin böyük elmi işçisi (1), elmi işçisi (1), kiçik elmi işçisi (1), Biotexnologiya şöbəsinin aparıcı elmi işçisi (1), elmi işçisi (5), kiçik elmi işçisi (2), Bitkilərin biokimyası şöbəsinin kiçik elmi işçisi (2), elmi işçisi (1), böyük elmi işçisi (2), Texnologiya şöbəsinin böyük elmi işçisi (2), Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin elmi işçisi (1), kiçik elmi işçisi (1) və Ekobotanika və sistematika şöbəsinin elmi işçisi (2) üzrə də vakansiya elan edilib.

Müsabiqədə elmi işçi vəzifəsi üzrə təcrübəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər (direktorun adına ərizə, kadrların şəxsi uçot vərəqi, tərcümeyi-hal, xasiyyətnamə, iddiaçının elmi fəaliyyəti haqda arayış, əmək kitabçasının, diplomların surəti, elmi əsərlərin siyahısı, 3x4 ölçüdə 2 ədəd rəngli şəkil) elan verildiyi tarixdən etibarən 1 ay müddətində institutun elmi katibinə təqdim edilməlidir.

Ünvan: Bakı ş., Azadlıq pr.155 (Genetik Ehtiyatlar İnstitutu)

Tel.: (+994 12) 562 99 28

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.