www.science.az
26.02.2021 15:26

“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının ikinci sayı işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 2-ci sayı işıq üzü görüb.

Jurnalda filologiya, tarix, siyasi elmlər, fəlsəfə, ilahiyyat və iqtisadiyyat sahələrinə aid 21 elmi məqalə dərc olunub. Bu sırada maraqlı mövzularda “Cəmiyyətin mənəvi problemlərinin Misir ədəbiyyatında inikası”, “Naturalist qadın şairələr və Məsturə”, “Orta Asiya” və “Mərkəzi Asiya” anlayışlarının nisbəti”, “Azərbaycan gəncliyinin milli kimliyinin əsasını qoyan ilk şəxs – Mirzə Həsən Rüşdiyyə”, “Sədr ailəsinin İraqın müasir siyasi tarixində rolu”, “Postmodernin diskursunda qloballaşma və hibridlik”, “İslam dinində həmrəylik anlayışı və onun müasir dövrün çağırışları baxımından əhəmiyyəti” və s. məqalələri qeyd etmək olar.

Jurnalın növbəti sayına da məqalə qəbuluna başlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.