www.science.az
26.02.2021 17:10

Filosof alim beynəlxalq vebinarda Xocalı soyqırımından danışıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva Fransada yerləşən Beynəlxalq Alim Elmi Assosiasiyasının “Xocalı soyqırımının müxtəlif nöqteyi-nəzərlərdən analizi” adlı onlayn  vebinarında iştirak edib.

Tədbirdə çıxış edən alim bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum edərək mülki əhalini qətlə yetirib və XX əsrdə növbəti dəfə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması haqqında 4 qətnaməsi olmasına baxmayaraq, erməni faşistləri həmin beynəlxalq sənədləri 30 il ərzində yerinə yetirməkdən imtina ediblər. 2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib, düşmənə layiq olduğu cavabı verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.