www.science.az
26.02.2021 18:05

Rəsədxana əməkdaşları Şamaxıda Xocalı abidəsini ziyarət ediblər

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın əməkdaşları Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şamaxı şəhərində ucaldılan soyqırımı abidəsini ziyarət edib, qətliam qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək abidənin önünə gül dəstələri düzüblər.

Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu ötən il 44 günlük müharibə nəticəsində əzəli torpaqlarımızı düşmən işğalından azad etdi. Vurğulanıb ki, Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra Böyük Qayıdış artıq reallığa çevrilib. Ölkə rəhbərinin göstərişi ilə azad olunan ərazilərdə, o cümlədən Xocalıda yenidənqurma və bərpa işlərinə başlanılıb. Diqqətə çatdırılıb ki, qədim tarixi irsə malik doğma Qarabağ yaxın gələcəkdə yenidən dirçələcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.