ANA SƏHİFƏ >> Naxçıvan Bölməsi

Veb-sayt

www.ameanb.com


Bölmənin ünvanı

AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76    

Tel.

(+994 36) 5446580

Faks

(+994 36) 5454622

Elektron poçtu

ismayil_haciyev@yahoo.com

Bölmənin yaranma tarixi

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu üçün, 2004-cü ildə isə Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanası, Əlyazmalar Fondu, Nəşriyyat və Elmi Kitabxana üçün bina ayrılmış və müasir tələblər səviyyəsində yenidən qurularaq təmir edilmişdir. 2005-ci ildə Bölmənin Bioresurslar İnstitutunun müasir tələblərə cavab verən binası, 2010-cu ildə isə İnstitutun Biokimyəvi Tədqiqatlar laboratoriyasının binası istifadəyə verilmişdir.

2005-ci ildə Bölmənin nəşriyyatı fəaliyyətə başlamış və ilk olaraq Gəmiqaya ilə bağlı xüsusi nömrə çapdan çıxmışdır. Ötən dövr ərzində bölmənin iki seriyada nəşr olunan “Elmi əsərlər” (əvvəlcə “Xəbərlər” adı ilə) jurnalının 60 (bunlardan 28-i humanitar, 29-u dəqiq elmlər seriyası üzrə, 3-ü isə xüsusi nömrə kimi nəşr olunmuşdur), “Axtarışlar” jurnalının isə 36 nömrəsi işıq üzü görmüşdür.

Bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilmiş, müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunmuşdur. İki cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, üç cildlik “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, üç cildlik “Naxçıvanın folkloru antologiyası”, iki cildlik Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”,  “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırki vəziyyəti və perspektivləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas (üç dildə), “Naxçıvan coğrafiyası” (iki cilddə) kimi fundamental nəşrlər işıq üzü görmüşdür. Ümumiyyətlə, Bölmənin fəaliyyəti dövründə əməkdaşların 228 monoqrafiyası, 210 kitabı, 28 metodik vəsaiti, 6 dərs vəsaiti, 8761 elmi məqaləsi, 219 tezisi, 22 atlas və xəritəsi çap olunmuşdur. Bölmə əməkdaşları 5 tövsiyə, 50 buklet hazırlamış, 28 patent almışlar. Əsərlərdən 24 monoqrafiya, 19 kitab, 1862 məqalə, 71 tezis xaricdə çapdan çıxmışdır. Bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla 23 qrant layihəsinin qalibi olmuşlar. AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən Dissertasiya Şuralarında 17 nəfər elmlər doktoru, 91 nəfər fəlsəfə doktoru elmi dərəcə almaq üçün müdafiə etmişlər.

AMEA Naxçıvan Bölməsində 264 nəfər işləyir ki, bunların da 102 nəfəri elmi işçidir. Elmi işçilər arasında 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 57 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.

Bölmənin sədri

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Xid.tel.: (+994 36) 5446580

Mob.tel.: (+994 50) 2117658

E-mail: ismayil_haciyev@yahoo.com

Bölmənin elmi katibi

Əkrəm Rüfət oğlu Hüseyzadə

Xid.tel.: (+994 36) 5451680

Mob. tel.: (+994 55)  3460566 

E-mail: ekrem.h@mail.ru

Rəşad Əli oğlu Zülfüqarov

Xid.tel.: (+994 36) 5440964

Mob tel.: (+994 50) 3201248

E-mail: zulfuqarov_1981@mail.ru

Rəyasət Heyətinin üzvləri

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Akademik Tariyel Hüseynəli oğlu Talıbov

Müxbir üzv Hacıfəxrəddin Yəhya oğlu Səfərli

Müxbir üzv Əbülfəz Aman oğlu Quliyev

Müxbir üzv Əliəddin Dəyyan oğlu Abbasov

Müxbir üzv Vəli Baxşəli oğlu Baxşəliyev

Müxbir üzv Saleh Heydər oğlu Məhərrəmov 

Müxbir üzv Tofiq Abbasəli oglu Əliyev

Bölməyə daxil olan elmi tədqiqat müəssisələri

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Təbii Ehtiyatlar İnstitutu

Bioresurslar İnstitutu

Əlyazmalar Fondu

Batabat Astrofizika Rəsədxanası

Bölmənin tərkibində olan təşkilatlar

Elmi kitabxana

Bölmənin nəşriyyatı

Şöbələr

Elm və təhsil şöbəsi

Beynəlxalq əlaqələr və informasiya şöbəsi

Elmi arxiv

ED 1.13 Dissertasiya Şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri













FD 1.24 Dissertasiya Şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

 

-       üzvləri

 


İsmayıl Muxtar oğlu Hacıyev 

Hacı Fəxrəddin Yəhya oğlu Səfərli

Emin Arif oğlu Şıxəliyev

Vəli Baxşəli oğlu Baxşəliyev

Zəhmət Əbülfət oğlu Şahverdiyev

Qüdrət Seyfulla oğlu İsmayılzadə

Oqtay Balaqədəş oğlu Sultanov

Abbas Qadir oğlu Seyidov

Arif Məhəmməd oğlu Məmmədov

Fəxrəddin Adil oğlu Cəfərov

Zeynəb Kərim qızı Quliyeva


2307.01 “Fiziki kimya” ixtisası üzrə

Əliyev Tofiq Abbasəli oğlu 

Abbasov Əliəddin Dəyyan oğlu 

Hüseynov Qorxmaz Mansur oğlu 

Əliyev Akif  Səttar oğlu 

Məmmədov Ələfsər Bəxtiyar oğlu 

2303.01 “Qeyri-üzvi kimya” ixtisası üzrə 

Rzayev Bayram Zülfüqar oğlu 

Babayev Yasin Nağı oğlu 

Məmmədova Günel Aslan qızı 

Qarayev Əhməd Məmməd oğlu 

Yaqubov Nağı İbrahim oğlu 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         büro üzvləri


Gözəl Sultan qızı Qənbərova 

Orxan Rza oğlu Bağırov

Emin Arif oğlu Şıxəliyev

Zülfiyyə Hüseyn qızı İsmayıl

Günel Aslan qızı Məmmədova

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

 -       üzvləri



Nərgiz Rəfail qızı İsmayılova

Ruslan Təvəkgül oğlu Məmmədov

Əfruz  Səttar qızı Nəsirova

Eltun Yulət oğlu İbrahimov